“Azerbaijan Airlines” (“Silk Way”) jurnalı AZAL şirkətinin rəsmi nəşri hesab olunur. İldə 6 dəfə çap olunan jurnal Azerbaijan Airlines aviaşirkətinin sərnişinləri arasında yayılır.
Yüksək keyfiyyətli poliqrafik məhsul olaraq, nəşr özündə müasir insanın həyat fəaliyyətinin bütün sahələrinə aid olan aktual və səmərəli informasiyanı daşıyır. Jurnalın müxtəlif növlü məzmunu istənilən cinsdən, yaşdan, sosial qrupdan olan oxucuya maraqlı materiallar tapsın imkanı verir.
Jurnalın janrı əyləncəli-öyrədicidir. Nömrələrdən hər birində AZAL-ın reyslər həyata keçirdiyi şəhərlər və ölkələr haqqında materiallar var, həmçinin, Azərbaycanın tarixi və bu günü, onun regionları və turizm sahəsinin potensialı haqqında materiallar olur. Üçüncü mövzu – aviasiya mövzusudur, burada AZAL haqqında, Azərbaycanda və digər ölkələrdə aviasiyanın inkişafı haqqında məlumat verən materiallar əks olunur. Bundan əlavə, avtomobilin tarixi, böyük səyyahlar və coğrafi kəşflər, ən böyük inşaat layihələri, həkimlərin və incəsənət və dizayn stilistlərinin məsləhətləri haqqında mövzular da verilir. Jurnalda uşaqlar üçün xüsusi bölmə də var. Bundan əlavə, hər bir nömrədə, ölkəyə daxil olarkən və çıxarkən sərnişinə kömək edən, onu Azərbaycanın beynəlxalq aeroportlarında istiqamətləndirən məlumatlar dərc olunur.
Jurnal artıq Azərbaycanda geniş populyarlıq qazanmışdır. O, ölkəmizi xaricdə təmsil edən aparıcı nəşrlərdən biri hesab olunur.
Jurnal 600 beynəlxalq reysdə Azerbaijan Airlines avialaynerlərində hər bir sərnişinə təqdim olunur!


 
Jurnalın texniki xarakteristikası

“Azerbaijan Airlines”  jurnalı -  rəngli parlaq nəşrdir, А4 formatındadır, ölçüsü  210х270 mm və həcmi 144 səhifədir. Nəşrin bu cür formatı Azerbaijan Airlines -in hər bir sərnişininə imkan verir ki, onu özüylə götürsün, o, ona ağırlıq etməyəcəkdir, istənilən çantaya və ya portfelə yerləşəcəkdir. Jurnalın tirajı 55 000 - 60 000-dir, bu da hər bir arzu edənə öz nüsxəsinə malik olmaq imkanı verir. 

SON NÖMRƏ